Maaş ala bilməyən işçilərin qeyri-adi etirazı: görün sonra nə oldu - VİDEO

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində qəribə hadisə baş verib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, işlədikləri şirkətdən 30 min lirəyə yaxın əmək haqlarını ala bilməyən bir qrup işçi İzmit avtomobil yolunda olan yol nişanının üzərinə çıxıblar. Onlar bu hərəkətləri ilə etirazlarını ifadə edərək diqqəti problemlərinə yönəltmək istəyiblər. Şirkət nümayəndələri əraziyə gələrək işçiləri oradan yerə düşürtməyə çalışsalar da istəkləri yerinə yetirilməyib.
Həmin yol ilə hərəkət edən TİR sürücülərindən birinə isə işçilərin bu cür etirazı baha başa gəlib. Belə ki, sürücünün diqqəti etiraz edənlərə yönəldiyindən o, idarə etdiyi yük avtomobilini digər TİR-ə çırpıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Yol nişanının üzərinə çıxan işçilər qəzadan sonra aşağı düşməyə qərar veriblər.
Etirazçıları asayiş keşikçiləri yaxınlıqdakı polis bölməsinə aparıblar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














