Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib. Avtosfer.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməli idi. Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.
Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir ... - VİDEO
Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib - Seysmoloqdan həyəcan təbili - VİDEO
İki min manatadək cərimə oluna bilərsiniz - XƏBƏRDARLIQ - VİDEO
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bu gündən iki marşrutda gedişhaqqı 10 qəpik bahalaşdı
AYNA 5 min sürücü hazırlayacaq; Şərait də yaradılacaq - FOTO
Zəngəzur dəhlizindən keçid belə olacaq: Ermənilər arxa ofisdə oturacaq
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir - POLİTOLOQ











