Mağazadan 100 min manatlıq qızıl oğurlanıb - FOTO

Mingəçevir şəhərində törədilən oğurluq hadisəsinin üstü açılıb, qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb. APA-nın xəbərinə görə, Mingəçevir şəhər sakini Adil Yusifov ötən il oktyabrın 25-də Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, əvvəllər məhkum olunmuş Mingəçevir sakini Elnur Mahmudov Bakının Səbail rayonunda saxlanılıb. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan qızıl əşyalar və onların bir hissəsini sataraq əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













