Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir ... - VİDEO

Mingəçeviri Yevlaxın Xaldan qəsəbəsi ilə birləşdirən magistral yolda işıqlandırmanın olmaması sakinlərin narazılığına səbəb olub. Avtosfer.az "BakuTV"yə istinadən xəbər verir ki, onların sözlərinə görə, artıq 3-4 aydır yol tamamilə qaranlıqdır. Xüsusilə Havarlı, Hacıselli, Bəydili və Gülövşə kəndləri ərazisindən keçən magistral yolun elektrik lampalarının yanmaması ciddi təhlükə yaradır. "Dəfələrlə bu ərazidə qəzalar baş verib, heyvanlar vurulub. Burada qaranlıq olduğundan göz gözü görmür", - sakinlərdən biri bildirib.
Başqa bir vətəndaş isə qeyd edib:
"Qaranlıq olduğu üçün ayağımın altını görə bilmirəm. Yağışlı, palçıqlı günlərdə paltarlarım çirklənir. İşıqlar yansa, vəziyyət xeyli yaxşılaşardı".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, yolun həmin hissəsində işıqlandırma sistemində texniki nasazlıq yaranıb. Hazırda sistemin bərpası istiqamətində texniki işlər davam edir. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlərin qısa müddətdə yekunlaşdırılması və yolun işıqlandırılmasının təmin edilməsi planlaşdırılır.
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Benzinin kəskin bahalaşdı - RUSİ ...
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO
Vahidə Rzayeva bu vəzifəyə təyin olundu
Şirkətlər sürücülük vəsiqəsi olmayanlara maşın kirayə verir – DYP izə düşdü - FOTO
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Bakıda tumu çırtlayıb yerə tökdülər, yaşlı qadınlara süpürtdülər - VİDEO
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Maşınlardakı “Start-stop” funksiyası tarix olur; ABŞ maliyyəni dayandırdı- RƏSMİ
Skuterlərlə bağlı hüquqi tənzimləmə sərtləşməlidir - Ombudsman qanundakı boşluqlardan danışdı
Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı faktları POLİTOLOQ İFŞA ETDİ - FOTO










