Magistral yolların kənarındakı 374 qurumuş ağac kəsiləcək

Şimal bölgəsində magistral yolların kənarlarında yerləşən qurumuş və yol hərəkətinə maneə yaradan ağaclar kəsiləcək. Avtosfer.az-ın APA-ya isitnadən məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsi tərəfindən müvafiq rəy verilib. Bu tip ağaclar artıq nömrələnib. Bakı-Quba yolunun Şabran və Quba rayonları ərazisinə düşən hissəsində qurumuş və budanma üçün 402 ağac müəyyənləşdirilib. Bu ağaclardan 140-ı quruduğuna görə kəsiləcək, qalanlarında isə müvafiq budama işləri aparılacaq. Gəndob-Yalama yolunda isə 59 ağacın kəsilməsi, 261 ağacda budama işlərinin aparılması nəzərdə tutulub.
Quba-Xaçmaz yolunda 382 ağacdan 156-sı tam quruduğuna görə kəsiləcək, yerdə qalanlarında budama aparılacaq. Quba-Qəçrəş yolunda 20 ağacda budama, Quba-Qusar yolunda isə 22 ağacda budama işləri aparılacaq. Quba-Qusar yolunda 19 ağacın tam quruduğuna görə kəsilməsi barədə rəy verilib. Yaxın günlərdə həmin ağacların kəsilməsi prosesinə start veriləcək.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












