Mahmudovun bandası ərinə xəyanət edən qadınları belə tələyə salırdı

Ləğv edilən MTN-lə bağlı mediaya sızan bir-birindən ilginc məlumatlar ictimaiyyəti hər ötən gün bir az da sarsıtmaqda, dəhşətə gətirməkdədir. Avtosfer.az xəbər verir ki, uzun illər ərzində dövlətin onlara verdiyi yetkidən dövlətin sütunlarını sıradan çıxarmaq, şəxsi maraq və mənfəətlərini təmin etmək üçün istifadə edən Eldar Mahmudov komandası ilə bağlı bugünlərdə moderator.az-a daha bir tükürürpədici informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, şantaj, fiziki və psixoloji təzyiq üsullarından istifadə edərək külli miqdarda pul qazanan sabiq MTN rəhbərliyi “ayağı sürüşkən” evli qadınlardan da böyük həvəslə “çörək pulu” çıxarıb. Dövət maraqları, milli maraqlar üçün təhlükə kəsb edən şəxsləri nəzarətə götürmək əvəzinə bu cür qadınları nəzarətə alan komandanın bu qadınlardan necə pul qazanması isə olduqca maraqlı və bir o qədər də ikrahedicidir. Mənbənin sözlərinə görə, MTN bu cür qadınlardan pul qazanmaq üçün öncə onlara lazım olan xüsusiyyətləri özündə birləşdirən qadınlar axtarıb tapırdı. Hansı ki, bu qadınlar özündə üç əsas xüsusiyyəti birləşdirməli idi. Belə ki, onlar imkanlı olmalı, evli olmalı və “kənar sevgiliyə” malik olmalı idilər. Bütün bu xüsusiyyətləri özündə birləşdirən qadınlar təsbit edildikdən sonra onların üzərində, sözün həqiqi mənasında, əməliyyat işi qurulurdu. Belə ki, yetkililərdən birinin rəhbərlik etdiyi əməliyyat qrupu həmin qadının və onun görüşdüyü kişinin əlaqə nömrələrini nəzarətə götürür, danışıqlarını qeydiyyata alır, görüş yerlərini müəyyənləşdirir, bu şəxslərlə bağlı audio-video faktlar əldə edir, sevişmə səhnələrini lent vasitəsi ilə “əbədiləşdirirdi”. Yetərincə fakt əldə etdikdən sonra isə həmin şəxslərin hər ikisi ilə ayrı-ayrılıqda əlaqə saxlanılır, onlardan külli miqdarda pul tələb edilirdi. Bildirilirdi ki, əgər tələb edilən pul lazımi vaxtda çatdırılmasa, o zaman onların sevişmə səhnələrinin əks olunduğu videolar internetdə yayımlanacaq, bu kasetlər onların ailərinə, iş yoldaşlarına, yaxın qohumlarına göndəriləcək.
Mənbənin sözlərinə görə, MTN-in tələsinə düşən, bu hədədən sarsılan, ailələrinin dağılacağından, rüsvay olacaqlarından, iş və ictimai karyeralarının bitəcəyindən qorxan şəxslər bir qayda olaraq MTN-in tələbləri ilə razılaşmaq və bundan sonrakı ömürlərini hər an ifşa olunmaq qorxusu altında yaşamalı olublar.
Yüzlərlə qadın və kişinin bu cür şantaja məruz qaldğını bildirən mənbənin sözlərinə görə, onların arasında yüksək siyasi postlarda çalışan, iş və biznes dünyasının ulduzları olan şəxslər də olub ki, bu şəxslər hələ də həmin videoların ictimailəşəcəyi qorxusu ilə yaşayırlar.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










