Banner

Maklerlərin tikib satdığı evlərin görüntüləri yayıldı – Vətəndaş ŞİKAYƏTİ - VİDEO

Gündəm 15 Dekabr 2025 12:00 Oxunub 610
Maklerlərin tikib satdığı evlərin görüntüləri yayıldı – Vətəndaş ŞİKAYƏTİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə rieltorıarın tikdirərək satışa çıxardığı fərdi yaşayış evləri ilə bağlı narahatedici görüntülər yayılıb. Vətəndaşlardan biri çəkdiyi video vasitəsilə bu tip evlərin necə inşa edildiyini nümayiş etdirərək məsələni ictimailəşdirib.

Avtosfer.az xəbər verir ki, videonu çəkən şəxs iddia edir ki, bəzi hallarda evlərin fundamenti tikinti normalarına uyğun şəkildə vurulmur. Onun sözlərinə görə, daşın üzərinə yenidən daş düzülərək üstünə sement çəkilərək gözdən pərdə asılır və bu da alıcılara “möhkəm fundament vurulub” görüntüsü yaradaraq təqdim olunur.

Vətəndaş videoda qeyd edir ki, bu cür üsullarla potensial alıcılar aldadılır və evin real texniki vəziyyəti gizlədilir. O, çəkdiyi görüntülərlə göstərir ki, faktiki olaraq fundament kimi təqdim edilən hissə ciddi tikinti tələblərinə cavab vermir.

Videonu paylaşan şəxs ictimai çağırış edərək vətəndaşlara maklerlərdən ev alarkən ehtiyatlı olmağı tövsiyə edib. Onun sözlərinə görə, ev alışı zamanı mütləq şəkildə tikintinin keyfiyyəti yoxlanılmalı, fundamentin vəziyyəti müstəqil mütəxəssislər tərəfindən qiymətləndirilməlidir.

Qeyd edək ki, mütəxəssislər də fərdi yaşayış evlərinin alqı-satqısı zamanı tikinti sənədlərinə, layihə uyğunluğuna və istifadə olunan materialların keyfiyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirirlər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh