Maklerlərlə bağlı yeni qanun hazırlanır – ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA - FOTO

Pandemiyadan sonra həyatımıza daxil olan və sürətlə yayılan ev ofisi konsepsiyası artıq müvəqqəti bir tədbir deyil, əmək bazarında yeni norma kimi qəbul olunur. Əvvəllər yalnız müəyyən sahələrdə mümkün hesab edilən bu iş modeli, indi texnologiyanın imkanları və işəgötürənlərin dəyişən yanaşmaları sayəsində daha geniş yayılıb.
Bu, işçilərə daha çevik iş saatları, iş və şəxsi həyat balansı qazandırsa da bəzi peşələr üçün rəqabəti artırıb, işəgötürənlər üçün isə yeni idarəetmə və nəzarət üsulları zərurətini doğurub. Belə bir şəraitdə həm işçi, həm də işəgötürən üçün yeni reallıqlara uyğunlaşmaq zərurəti yaranır.

Bəs evdən işləmək əmək bazarında yeni norma olaraq hansı təsirlərə yol açır?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Avtosfer.az-a açıqlamasında bildirib ki, son illərdə “qara rieltorlar”ın fəaliyyəti daşınmaz əmlak bazarında ciddi narahatlığa səbəb olub:

“Onlar, əsasən, qeyri-rəsmi şəkildə evdən və ya gizli yerlərdən xidmət göstərirlər. Bu fəaliyyət forması təxminən 11-12 ildir ki, internet üzərindən elan platformalarının yayılması ilə geniş vüsət alıb. Əvvəllər əmlakçılar əsasən qəzet və jurnallarda elan yerləşdirirdilərsə, indi internetin imkanları ilə bazara daxil olmaq daha da asanlaşıb.
Bəzi əmlakçılar rəsmi qeydiyyatda olmasalar da xidmət keyfiyyətini qorumağa çalışırlar.
Lakin onların sayı azdır. Bazarın təxminən 90 %-ni qeyri-rəsmi, yəni lisenziyasız fəaliyyət göstərən şəxslər təşkil edir. Bu şəxslər vergi ödəmədikləri və ofis, əməkdaş, reklam və digər xərc öhdəliklərindən azad olduqları üçün xidmətlərini daha ucuz qiymətə təklif edirlər. Nəticədə bu, peşəkar şəkildə fəaliyyət göstərən əmlak şirkətlərinin rəqabət imkanlarını zəiflədir və ümumi xidmət keyfiyyətini aşağı salır.

Bundan başqa, "qara rieltorlar"ın sayının 15 minə yaxın olduğu qeyd olunur. Onlar yalnız xidmət keyfiyyətinə deyil, eyni zamanda bazarın ümumi iqtisadi strukturuna da mənfi təsir göstərirlər. Belə fəaliyyət nəticəsində daşınmaz əmlak qiymətlərində süni artım müşahidə edilir və sektora yönələn rəsmi investisiyaların effektivliyi azalır”.
Ekspert əlavə olaraq qeyd edib ki, bu sahədə problemlərin həlli üçün uzun illərdir ki, “Rieltor fəaliyyəti haqqında” qanun layihəsi hazırlanır və hökumətə təqdim olunur. Lakin bu qanun hələ də parlament tərəfindən təsdiqlənməyib. Halbuki, qanunvericilik bazasının formalaşdırılması bazarın şəffaflaşdırılması, vergi nəzarətinin artırılması və vətəndaşların daha keyfiyyətli xidmət alması baxımından vacibdir.
Eltac Zülfüqaroğlu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım











