Mal-qara oğrusu “07”ni da aparıbmış

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Polis Şöbəsində aparılan araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədov olması aydınlaşıb. Ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, cari ilin oktyabr-dekabr ayları ərzində rayon ərazisində daha 2 baş qoyunu, 1 baş inəyi oğurlaması, həmçinin bir rayon sakininə məxsus “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən noyabrın 26-da avtomobilin qaçırılmasında onunla birgə iştirak etmiş qohumu da müəyyən edilib və görülmüş tədbirlərlə Əliqulular kənd sakini Xəlil Xəlilov da saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












