Malayziya “Boeing” təyyarəsinin axtarışını bərpa etməyə razılaşıb

Malayziya hökuməti ABŞ-ın “Ocean Infinity” kompaniyası ilə birlikdə 2014-cü ildə yoxa çıxmış MH370 təyyarəsinin axtarışını bərpa etməyə razı olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, həmçinin sərnişinlərin yaxınlarına yanvarın 2-də gəmilərin “axtarış zonasına” çıxdığı barədə məlumat verilib.
Xatırladaq ki, Kuala-Lumpur – Pekin marşrutu üzrə MH370 reysini həyata keçirən Malayziyaya məxsus “Boeing 777-200” təyyarəsi 2014-cü il martın 7-dən 8-nə keçən gecə havaya qalxdıqdan təxminən iki saat sonra radarlardan itib. 2015-ci ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və onun göyərtəsindəki 239 nəfərin həlak olduğunu təsdiqləyib.
Avstraliyanın qərbində 120 min kvadratkilometrlik zonada üç il davam edən axtarışlar müddətində laynerin heç bir izinə rast gəlinməyib. Ötən il yanvarın ortalarında təyyarənin axtarışı rəsmən dayandırılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












