Maraqlı hadisə: polis əməliyyat keçirib biznesmeni xilas etdi - Xaçmazda

Xaçmaz rayonunda ölümlə hədələnən şəxs polis tərəfindən xilas edilib. Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən "Qızıl Tac” mağazasının sahibi Ehtiram İslamov üzləşdiyi cinayət əməli ilə bağlı mağazadakı siqnalizasiya sistemi vasitəsi ilə polisə məlumat verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, iş adamının tanışları - Orucov Dövlət Əlibaxış oğlu və İlyasov Əli İlyas oğlu ilə pul məsələsinə dair mübahisəsi yaranıb. E.İslamov xuliqanlıq zəminində döyülüb və bıçaqla öldürməklə hədələndiyini gördükdə siqnalizasiya vasitəsi ilə mühafizə polisinə müraciət edib. Dərhal əraziyə polis cəlb edilib və Ə.İlyasov saxlanılıb. D.Orucov isə hadisə yerindən qaçıb. Xaçmaz RPŞ-nin və Mühafizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində D.Orucov da tutulub. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












