Marketdə məhsulları əzən həm general oğlu, həm də avtoxuliqan çıxdı - VİDEO

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslərdən biri - Rüstəm Orucov general Novruzəli Orucovun oğludur.
Avtosfer.az-ın xəbərinə görə, R.Orucov və onun tanışı Xəyalə Vəliyeva bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb. Onlar polis orqanına gətirilib və R.Orucovla X.Vəliyeva ilə profilaktik söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.
Qeyd edək ki, 2017-ci ilin iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Bu barədə ilk xəbəri musavat.com saytı yazıb.
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI










