Marketdə saxta spirtli içkilər aşkarlanıb

Daxil olan müraciət əsasında Biləsuvar rayonunun Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus “Turabov” marketdə plandankənar yoxlama aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə 5 ədəd 250 millilitrlik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin 3 ədəd 1 litrlik və 2 ədəd 0,5 litrlik “Belaya organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində qeyd edilən VÖEN-in müəyyən edilməməsi faktı aşkarlanıb. Eyni zamanda, 2 ədəd 2 litrlik “Vip BAKU organic vodka” əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların yazılmadığı məlum olub. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış qida məhsullarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ












