Marketdən, yoxsa qəssabdan alınan ət daha faydalıdır? – MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Son illərdə sağlam həyat tərzi və düzgün qidalanma mövzusu əhalinin geniş müzakirəsinə səbəb olub. Qida məhsullarının keyfiyyəti və sağlamlıq üzərindəki təsirləri, xüsusən ət istehsalının və satılmasının formalarındakı fərqlər istehlakçıların daha çox maraq göstərdiyi bir məsələ halına gəlib.
Marketlərdən və ya qəssablardan alınan ətlərin arasında olan fərqlər yalnız onların dadı və qiyməti ilə bağlı deyil, həm də sağlamlığa təsir etdiyi aspektlər ilə əlaqəlidir. Bu səbəbdən, marketdə satılan ətlər ilə qəssabdan alınan ətlər arasındakı fərqlər ətin keyfiyyəti, təzəliyi, saxlanma şəraiti, kimyəvi tərkibi və sağlamlıq təsiri baxımından necə qiymətləndirilir?
Qida mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, ət zülal mənşəli və heyvan mənşəli qida olduğu üçün yüksək risk qrupuna aiddir. O, ət alarkən diqqət edilməli olan əsas məqamları belə izah edib:

"Yaxşı olar ki, ət alarkən mənşəyi bəlli olan, keyfiyyətli və baytarlıq nəzarətindən keçmiş ətlərə üstünlük verilsin. Əks təqdirdə, ətdə olan təhlükəli xəstəliklər, viruslar və bakteriyalar insan orqanizminə yoluxa bilər. Bu da gələcəkdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Xüsusən məhlə arası və nəzarətdən keçməmiş qəssablardan alınan ətlərin riskli ola biləcəyini qeyd edib. Bu cür ətlər təbii və keyfiyyətli olsa da əgər düzgün kəsilməyibsə və sanitar-gigiyena qaydalarına əməl olunmayıbsa, sağlamlıq problemlərinə yol aça bilər. Həmçinin ətin saxlanma temperaturuna da diqqət yetirilməlidir”.
Mütəxəssis marketdə satılan ətlərin bir çoxunun keyfiyyətli və təzə ola biləcəyini, amma bu ətlərin keyfiyyətini təsdiqləyən məlumatların alınmasının vacib olduğunu da bildirib. Məhsəti Hüseynova əlavə edib ki, bəzi hallarda farş və doğranılmış ətlər köhnə olsa da onların rəngini dəyişdirərək təzə göstərmək üçün qoruyucu maddələr və rəngləndiricilərdən istifadə oluna bilər. Bu da allergik reaksiyalara səbəb ola bilər.
Ekspert sonda ətin mənşəyinin bəlli olmasının və keyfiyyətli, sağlam və təzə ətlərə üstünlük verilməsinin vacibliyini qeyd edib. Şübhəli məhsullardan qaçmaq tövsiyə edilir, çünki belə məhsullar insan orqanizmində bir çox xəstəliklərə yol aça bilər, amma bunun nəticələri zamanla özünü göstərə bilər.
Eltac Zülfüqaroğlu
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO











