Marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı - Bakıda

Bakıda fəaliyyət göstərən marşrut xətti sahibləri sürücü işə götürə bilməyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mais Ağayev apa.tv-yə bildirib. Qurum rəsmisi bu səlahiyyətin sahibkarlardan götürüldüyünü deyib və bunu marşrut xətti rəhbərlərinin tanışlıq və qohumluq əlaqələri hesabına xeyli səriştəsiz insanları işə götürmələri ilə izah edib. "Sürücülərin təlim keçməsi üçün Bakı Nəqliyyat Agentliyinin nəzdində sürücü təlim mərkəzi yaradılıb. Burada sürücülərə etik davranış, avtomobil idarəetmə, yol hərəkət qaydaları və gözlənilməz vəziyyətlərlə bağlı təlimlər keçiriləcək. Yalnız bundan sonra daşıyıcılar quruma sürücü üçün müraciət edəcək və onların marşrut xəttinə istənilən sayda peşəkar sürücü yönəldiləcək". Mais Ağayev həm də qurumun qeydiyyatından keçən bütün sürücülərin fəaliyyəti ilə bağlı vahid sürücü bazasını yaradıldığını və bu sistemin ilin sonunadək hazır olacağını deyib. Bu da hər hansı qəza törədən, intizamsız hərəkət edən, nöqsanları qeydə alınan sürücülərin başqa marşrut xəttində rahatlıqla işə düzəlmələrinin qarşısını alacaq.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










