Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO

Mart ayında ölkədə ümumilikdə 18 gün qeyri-iş günü olacaq. Onlardan 13 günü isə bayramlarla əlaqədar olaraq ardıcıl istirahət günlərinə təsadüf edəcək. Uzunmüddətli tətil xüsusilə günəmuzd çalışan vətəndaşlar üçün maraq doğuran məsələlərdən biridir.
Avtosfer.az komandası mövzu ilə bağlı paytaxt sakinlərinin mövqeyi öyrənib. Sorğuda iştirak edənlərin bir qismi bildirib ki, rəsmi qaydada çalışan şəxslər üçün tətil günlərinin maddi baxımdan hər hansı mənfi təsiri yoxdur. Onların sözlərinə görə, əmək müqaviləsi əsasında işlədikləri üçün qeyri-iş günlərində əməkhaqqı qanunvericiliyə uyğun şəkildə hesablanır və ödənişlər davam edir.
Bəzi vətəndaşlar isə günəmuzd və ya fərdi fəaliyyətlə məşğul olduqlarını, bu səbəbdən tətil günlərinin gəlirlərinə birbaşa təsir etdiyini qeyd ediblər. Onların sözlərinə görə, işləmədikləri günlər qazanc itkisi deməkdir və buna görə də bir çox hallarda bayram günlərində də fəaliyyətlərini davam etdirməyə üstünlük verirlər.
Digər qrup isə tətil günlərinin onlara faktiki olaraq aid olmadığını bildirib. Xüsusilə xidmət və ticarət sahəsində çalışanlar qeyd ediblər ki, bayram günlərində iş daha da intensivləşir və onlar fəaliyyətlərini dayandırmırlar.
Beləliklə, mart ayında uzunmüddətli tətil günləri cəmiyyətin müxtəlif təbəqələrinə fərqli şəkildə təsir göstərir. Rəsmi çalışanlar üçün bu müddət istirahət imkanı yaratsa da, günəmuzd işləyənlər üçün gəlir baxımından müəyyən çətinliklər yarada bilər.
Səfər
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu








