Masallı-Yardımlı yolunun çökən hissəsi bərpa olundu - FOTO

İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, aparılmış bərpa işləri çərçivəsində uzunluğu 52 metr, eni isə 10 metr olan yolun 0,8-1 metr dərinliyinə qədər çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Kipləşdimə işlərindən sonra yola ikiqat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, sözügedən hissənin 1 750 kv.m sahəsi asfaltlanıb. "Bərpa işləri çərçivəsində zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bununla da, Masallı-Yardımlı yolunun qeyd olunan hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunub", - deyə məlumatda qeyd edilib. Xatırladaq ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci km-də sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınmışdır.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY

















