Masallıda evlərdən oğurluqlar edən dəstə üzvləri saxlanılıb - FOTO

Masallı rayonunda evlərdən oğurluqlar edən dəstə üzvləri saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumatda bildirilib ki, Masallı şəhərində yaşayan bir qadın Rayon Polis Şöbəsinə evindən oğurluq olması barədə müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib. Həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduqları məlum olub. Onlar həmin mənzillərdə heç kimin yaşamadığını bildiklərindən evlərə oğurluq məqsədilə girdiklərini etiraf ediblər.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














