Masallıda mәmuru maşınqarışıq kanala atdılar - QALMAQAL

Gündəm 27 Oktyabr 2014 01:20 Oxunub 2790
Masallıda mәmuru maşınqarışıq kanala atdılar - QALMAQAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənd sakini pulunun qaytarılmamasına etiraz olaraq bu addımı atıb

Masallının qalmaqallı Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovla bağlı mәtbuata daha bir məlumat daxil olub. Kənd sakinlərindən axar.az-a verilən xəbərə görə, bir müddət əvvəl şadlıq evlərindən birinin sahibi İlham Abışov tərəfindən döyülən bələdiyyə sədri B.Əsədov Gəyəçöldə 27 sakinə torpaq sataraq pullarını alıb. Torpaq alverində onun sağ əli isə kəndin poçt məntəqəsənin müdiri Cavidan Şükürov olub. Ancaq çox çəkməyib ki, torpaqların qanunsuz satışına görə kənd sakinləri C.Şükürovdan və B.Əsədovdan pullarını geri tələb ediblər. Onlardan biri Gəyəçöl sakini Əzizağa İbadovdur. Hətta onunla Şükürov arasında mübahisə də yaranıb. Belə ki, bu yaxınlarda Ə.İbadov C.Şükürovun maşınını vuraraq kanala salıb. O, pulunun qaytarılmamasına etiraz olaraq bu addımı atıb. C.Şükürov isə bu hərəkətinə görə onu həbslə hədələyib. 

Xəbərdə qeyd edilir ki, Gəyəçöl bələdiyyəsinin torpaq qalmaqalı böyüyüb və tərəflər arasında gərginlik hazırda pik həddədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh