Masallıda oğru dəstə saxlanıldı - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri zamanı bir neçə rayonun ərazisində oğurluqlar törədən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı rayon Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in “102” xidməti-zəng mərkəzi və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxslərin ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurladığını bildirib. Aparılan əməliyyat axtarış tədbirləri ilə faktı törətməkdə şübhəli bilinən Masallı sakinləri Fərhad Fərəcov, Xəlil İsmayılov və Neftçala sakini İsa Quliyev saxlanılıblar. Məlum olub ki, adıçəkilən şəxslər həmçinin fevralın 9-u gecə saatlarında Masallı rayonu Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, fevralın 17-də isə rayon ərazisində “Kamaz” markalı avtomaşından 2 ədəd akkumulyatoru və digər bir təmir sexindən 15 ədəd su motorlarını oğurlayıblar.
Oğurluq əməlini davam etdirən həmin şəxslər sonrakı 2 gün ərzində gecə saatlarında Masallı rayonu ərazisində daha 3 Kamaz markalı avtomaşından ümumilikdə 6 ədəd akkumulyator oğurlayıblar.
Onların ətrafında aparılan əməliyyat tədbirləri zamanı digər rayonların ərazisindən etdikləri oğurluqlar da üzə çıxıb. Fərhad Fərəcov, Xəlil İsmayılov və İsa Quliyev Cəlilabad, Neftçala və Salyan ərazisində də oğurluqlar etdiklərini etiraf ediblər. Həmin rayonların ərazisində 7 Kamaz-dan 14 ədəd akkumulyator oğurladıqlarını və hamısını paytaxt ərazisində satdıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Fərid
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ













