Masallıda qarın fəsadları aradan qaldırılır - VİDEO

Ələt –Astara maqistiralında nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətin aradan qaldırılması istiqamətində görülən tədbirlər davam edir. Avtosfer.az interaz-a istinadən xəbər verir ki, 47 saylı yol istismar idarəsinin baş mühəndisi Məmmədağa Dadaşovun məlumatına görə, artıq dünəndən olaraq hava şəraitinə uyğun olaraq idarənin əməkdaşları gücləndirilimiş iş rejimində fəaliyyət göstərir. Həmçinin müxtəlif ərazilərdəki yollarda və körpü üzərində donma şəraiti nəzərə alınaraq həmin ərazilərə duz qarışıq qum səpilir. Həmçinin məhəllə və kənd arası yollarda da qarın təmizlənməsi davam edir. Ələt -Astara magistralının Masallı və Cəlilabad rayonlarından keçən hissəsində Dövlət yol polisi də gücləndirilmiş fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində hərəkətin intensivliyində məhdudiyyətlər yaranmayıb. Qeyd edək ki iki gün ərzində yağan qarın qalınlığı dağlarda 30 sm aranda isə 15- 20 sm çatır. Sinoptiklərin verdiyi praqnoza əsasən isə kəskin hava şəraiti hələ iki gün də davam edəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












