Masazırda yol qəzası - “Makler” öldü - VİDEO

Minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib. Ağır qəza səhər saatlarında Abşeron rayonu Masazır qəsəbəsində baş verib. 27 yaşlı Şahin Ələkbərov minik avtomobili ilə Əliağa Vahid küçəsində gedərkən yolu keçmək istəyən piyada 38 yaşlı Mehdi Nuriyevi vurub. Ancaq sürücü yaralıya kömək etmək əvəzinə hadisə yerindən qaçıb. Mehdi Nuriyev isə hadisə yerindəcə ölüb. Qəzadan bir müddət sonra hadisəni törədən Şahin Ələkbərov rayon polis idarəsinə gedərək könüllü şəkildə təslim olub. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.
Piyada ölümü ilə nəticələnən daha bir qəza Gəncədə olub. İsmət Qayıbov küçəsində 24 yaşlı Kənan Məmmədov idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən piyadan 62 yaşlı Akif Cəfərovu vurub. Akif Cəfərov müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












