Masazırın bərbad yollarına meriyadan REAKSİYA

Novxanıdan Sumqayıt və əks istiqamətə gedən yol müvəqqəti bağlanandan sonra maşınlar Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən istifadə etdi. Buna görə də, yollar bərbad vəziyyətə düşdü. Bir ildən çoxdur yolların təmiri üçün müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Bu yolda tez-tez qəza baş verir.
Avtosfer.az xəbər verir ki, bu Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyinin sakinləri tərəfindən virtualaz.org saytına ünvanlanan şikayətdəndir.
Sakinlər deyirlər ki, "Qurtuluş-93" qəsəbəsindən "Zəngilan" şəhərciyinədək yollar keçilməz haldadır. "Xüsusilə, yağış yağanda maşınların hərəkəti məhdudlaşır. Bundan əlavə, səki olmadığından, piyadalar magistral yoldan istifadə etməyə məcbur olurlar. Bu isə piyadaların həyatına təhlükə yaradır. Məsələn, avtobus yolu keçən qadınları vurmuşdu", - sakinlərdən biri Nəbi Məmmədov deyir.
Şikayətçilərin sözlərinə görə, yol o qədər kələ-kötür və çuxurla doludur ki, hər iki addımdan bir maşını itələmək lazım gəlir. Gecələr isə işıqlar sönür, ətraf qaranlığa qərq olur. Buna görə də, axşam vaxtı qəzaların sayı çox olur.
Abşeron Rayon İcra Hakimiyyətindən isə yalnız onu deməklə kifayətləniblər ki, həmin ərazidə yolların bərbad vəziyyətdə olmasından xəbərdardılar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












