“Maseratti” məşhur futbolçunun başına bəla oldu - FOTO

Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 46 şəxs arasında "Fənəbağça" və Türkiyə millisinin futbolçusu Ozan Tufanın da olduğu barədə məlumat vermişdik. Təcridxanada gecələyən ulduz futbolçu həbsdə çox qalmayıb. Türkiyənin ən istedadlı gənc futbolçularından hesab edilən Ozan Tufan sərbəst buraxılıb. Məlumata görə, Ozan Tufan bu ilin mart ayında aldığı Maserati ilə gündəmə gəlib. 750 min lirə, təxminən 360 min manat dəyərində olan avtomobilə özünün və nişanlısının baş hərflərindən ibarət “SOT” nömrə nişanını yazdırıb. Ozan Tufanın sözügedən avtomobilin üçüncü sahibi olduğu deyilir. Hazırda onun bilərəkdən, yoxsa təsadüfən bu avtomobili aldığı araşdırılır. Qeyd edək ki, təhlükəsizlik xidmətinin açıqlamasına görə, cinayətkar dəstənin üzvlərinin sayı hələlik 101 nəfər göstərilir. Bu da futbolçunun təcridxanadan azadlığına yenidən qovuşduğu anın fotoları:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












