Maşın 15 yaşlı atlını vurdu - at öldü, sürücü yaralandı - VİDEO

Minik avtomobili teplovozla toqquşub, 2 nəfər xəsarət alıb. Hadisə Qazaxın Çaylı kəndində baş verib. Minik maşını dəmir yolu keçidində gözləmədən keçərkən hərəkətdə olan teplovozla toqquşub. Qəza zamanı avtomobildə olan iki nəfər - rayonun Birinci Şıxlı kənd sakini, 32 yaşlı Babək Yusifov və Çaylı kənd sakini, 26 yaşlı Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Babək Yusifovun vəziyyəti normal, Eltay Məsməliyevin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Balakəndə isə minik avtobili atlını vurub. Rayon sakini Murtuzəli Mustafayev idarə etdiyi avtomobillə Talalar kəndi ərazisində hərəkətdə olarkən eyni yolla gedən atı vurub. Qəzadan sonra at ölüb. Atı sürən yeniyetmə, Talalar kənd sakini, 15 yaşlı Gümrah Osmanov isə müxtəlif xəsarətlərlə Xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










