“Maşın bazarı”nda satıcılar mağazaları bağlayıb yola çıxdılar - FOTO-VİDEO

Bu gün Babək prospektində yerləşən və “Maşın bazarı” kimi tanınan ərazidə fəaliyyət göstərən sahibkarlar etiraz aksiyası keçirir. Avtosfer.az xəbər verir ki, dükanlarını bağlayan sahibkarlar bazar rəhbərliyinin icarə haqlarını artırmasına etiraz edirlər. Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin iki dəfə artırılması, şəxsi avtomobillərlə bazara giriş zamanı əvvəllər tələb olunan 1 manatın artırılaraq həftə sonları 2 manata qaldırılması, avtomobil təkəri ticarəti ilə məşğul olan sahibkarlardan bazara gətirilən hər təkərə görə 1 manat tələb edilməsi etiraz doğurub.
Avtosfer.az-ın hadisə yerində olan əməkdaşı məlumat verir ki, hazırda bazarda iş fəaliyyəti dayanıb və sahibkarlar bazarın qarşısında yığışaraq bu durumun dəyişməsini tələb edirlər. Əraziyə polis əməkdaşları cəlb edilib. Hazırda hər hansı insident müşahidə edilmir.
Orxan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













