“Maşın bazarı”ndan avtomobil oğurladı - VİDEO

Sumqayıt polisi şəhər ərazisindən oğurluq edən şəxsi saxlayıb. Saxlanılan gənc şəhər ərazisindəki avtomobil bazarından ''VAZ- 2107'' markalı avtomobil oğurlamaqda şübhəli bilinir. O, avtomobil bazarından maşını oğurlayıb, Göyçayda satıb. Sumqayıtda avtomobil bazarında maşın satan şəxslərdən biri polisə müraciət edərək ''jiquli'' markalı avtomobilinin oğurlandığını deyib. Polis oğurlanan avtomobili dərhal axtarışa verib. Bir neçə gündən sonra oğurlanmış avtomobilin Göyçay rayonuna aparıldığı məlum olub. Avtomobili oğurlayan Bəydövül kənd sakini 26 yaşlı Lətif Kərimov saxlanılaraq istintaqa cəlb edilib.Dindirmə zamanı O, əməlini etraf edib. Lətif Kərimov gecə ilə oğurladığı avtomobili rayona aparıb, Xəlidli kəndində ustaya satıb ki, izi itirsin.
Eyni əmələ görə əvvəllərdə məhkum olunan Lətif Kərimovun sözlərinə görə iki ay əvvəl həmin bazarda öz avtomobilini satıb. Oğurluq avtomobili Lətifdən alan maşın ustasına gəlincə isə o buna görə peşman olduğunu deyib. Polis ustadan həmin avtomobili geri alıb. Faktla bağlı cinayət işi başlanıb, bu işdə başqalarının da əlinin olması ehtimalı araşdırılır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












