Maşın oğrusu tutuldu - Bakıda

Bakıda maşın oğurluğu ilə məşğul olan şəxs tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 29-da Sabunçu rayonu ərazisindən qaçırılmış Rza Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil üzərində Bakı şəhər sakini Elxan Abbasova məxsus “QAZ-31” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları olan vəziyyətdə Buzovna qəsəbəsi ərazisində Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən saxlanılıb. Sürücü, paytaxt sakini Zakir Mustafayevlə birgə PB-yə gətirilib.
Avtomobilə baxış zamanı “VAZ-2107” markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanları yük yerində aşkar edilərək götürülüb.
Z.Mustafayev izahatında “QAZ-31” markalı avtomobilə aid dövlət qeydiyyat nişanlarını Maştağa qəsəbəsi ərazisindən tapmasını bildirib.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il yanvarın 24-də Yalçın Şükürova məxsus “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












