"Maşın şou"da gözlənilməz nəticə - Maşın əldən getdi - VİDEO

ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aparıcı Vüsalə Əlizadəni SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib. Amma hədəfini hələlik açıqlamaq istəmədiyini bildirib. Hədəfində bir neçə nəfərin olduğunu deyən Vüsalə Əlizadə xanımlarla yarışmaq istəmədiyini bildirib.
İştirakçılardan Vüqar Əbdülov aparıcı xanımdan hədəfini açıqlamasını istəyib, əks halda Vüsalə Əlizadəyə qarşı oynayacağını bildirib. “Çünki hədəfdə mən də ola bilərəm, çox güman ki elə mənəm”, - deyə Vüqar Əbdülov əlavə edib.
Talıb Tale isə hələlik gözləməyə üstünlük verib. İlkin Misgərli isə Vüsaləyə dəstək istəyib. “Mən istəyərəm ki, o qalib olsun. Çünki onun ailəsindən də mənə dünən səs veriblər.
Rauf isə hədəf olacağına inanmadığını söyləyib. Vüsalə Əlizadə də Raufun hədəfdə olma faizinin çox az olduğunu bildirib.
Elşad Xose də özünə qarşı təhlükə hiss etmədiyini deyib.
Meyxanaçı Vüqar Əbdülov isə artıq dəqiq hədəf olduğunu deyib və pərəstişkarlarından Vüsalə Əlizadənin getməsinə səs istəyərək mübarizəyə qoşulub.
Amma məşhur meyxanaçı, xanım aparıcıya uduzub. 56,44 faiz səs toplayan Vüsalə Əlizadə Vüqarı oyundan uzaqlaşdırıb. “Vüqar ən çox səmimiyyət axtaran iştirakçı Vüqar idi. Vüqar buranı bəyənmirsənsə gəl”, - deyə onu aparcının yanına dəvət edib. Beləliklə də maşın meyxanaçı Vüqar üçün əldən getdi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












