Maşın təmiri ilə məşğul olanlar - Məsuliyyətə cəlb oluna bilər

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu Əsasnamə Azərbaycan ərazisində nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələri) yaradılma məqsədi müəyyənləşdirilib. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır. Texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir. Texniki-təmir sahələrində çalışan şəxslər həmin sahələr tərəfindən Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilməlidir. Texniki-təmir sahələrinin istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır. Texniki-təmir sahələri tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanunun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə uyğun olaraq məsuliyyət daşıyırlar.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












