Maşın ustası avtomobil düzəltməkdən yorulub, oğurluğa başladı

Avtomobil düzəltməkdən yoruldu, onları oğurlayıb satmaq qərarına gəldi. Bakıda 34 yaşlı Azad Dəmirov əliəyriliyə 2014-cü ildən başlasa da, qoluna qandal hələ indi taxılıb. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, iki il öncə maşın oğurlayan Azad peşəsindən yararlanıb, maşına dəyişiklik edərək satıb. Sonradan Mahir və Tahir Atakişiyevlərlə tanış olaraq yenidən oğurluğa başlayıb. Yasamal rayonu 2-ci Alatava adlanan ərazidə ümumilikdə üç maşın qaçıraraq satıblar. Atakişiyevlər ötən ilin oktyabrında Xəzər polisi tərəfindən həbs ediliblər. Azad Dəmirovu isə Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinin əməkdaşları zərərsizləşdiriblər.
Azad Dəmirov qaçırdığı avtomobilləri yaşadığı Müşviqabad qəsəbəsinə icarəyə götürdüyü sexdə gizlədib, texniki kodlarına dəyişikliklər edirmiş. O, Yusif Nuriyevə məxsus "Tofaş" markalı maşını 1300 manata, "VAZ 2106"-nı isə 1500 manata satıb.
Hazırda onun barəsində toplanan materiallar araşdırılması üçün yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












