Maşın ustası narkotiklə tutuldu - “Məni tanıyanlara salam”

Uzun illərdir avtomobil təmiri ilə məşğul olan Gəncə sakini Şəmkirdə polis tərəfindən saxlanılıb. Həm də çətənə kolları ilə birlikdə. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir polisinə Gəncə sakini, 51 yaşlı Rizvan Abbasovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat tədbirlərinə başlayan polis şəxsi rayonun Təzəkənd kəndi ərazisində saxlayıb. Müstəntiq Qurban Qurbanov bildirib ki, onun əlindəki iki ədəd torbaya baxış keçirilən zaman oradan ümumi çəkisi 2 kiloqram 310 qram olan çətənə kolları aşkar edilərək götürülüb.
Rizvan Abbasov narkotiki şəxsi istifadəsi üçün yol kənarından topladığını deyib. Əməlindən peşman olduğunu bildirən avtomobil ustası, onu tanıyanlara salam söyləməyi də unutmayıb: “Yolla keçirdim. Gördüm yaşıllıqdır. Torbaya yığıb doldurdum ki, çəkim. Getmək istəyirdim, iş belə alındı. Özümünkülərə, məni tanıyanlara salam deyirəm. Gəncənin 70 faizi məni tanıyır”.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










