Maşında boğazına 6 metrlik boru girən qız öldü – VİDEO-18+

Xəbər verdiyimiz kimi, Türkiyədə mayın 9-da dəhşətli yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, tükürpədici hadisə Qaziantepdə olub. Avtomobilin sürücüsü idarəetməni itirərək tikilinin önündəki 6 metrlik dəmirə çırpılıb. Çırpılmanın təsirindən 4 mm diametri olan dəmir boru maşının ön pəncərəsini qıraraq salona keçib. Dəmir boru ön oturacaqdakı sərnişin qızın boğazından girərək arxadan çıxıb. Dəmir 24 yaşlı Hande Karaoğlunun boğazından çıxdıqdan sonra arxa oturacağı da deşib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası və xilasedicilər çağırıblar. Onlar dəmiri ön və arxadan kəsərək qızı boğazındakı dəmirlə birlikdə xəstəxanaya çatdırıblar. Reanimasiyaya yerləşdirilən Hande Karaoğlunun həyati təhlükəsi vardı. Gaziantep Universiteti Tibb Fakültəsində müalicəsi davam edən Karaoğlanın durumu bu gün pisləşərək 8 günlük həyat mübarizəsindən sonra ölüb. Gənc qızın cəsədi yarılma əməliyyatları üçün Gaziantep Ədli Tibb Təşkilatına aparılıb, hadisə ilə əlaqədar başladılan istintaq davam edir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















