Maşından düşüb azərbaycanlıları atəşə tutdular, ölən və yaralananlar var

Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb. “Report” "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib. Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. "Russki çay" kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər arasında əlbəyaxa dava və bıçaqlaşma olub. Dava zamanı atəş səsləri eşidilib. Nəticə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib. Çeçen və Azərbaycan əsilli iki qardaş odlu silah və bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların koma vəziyyətində olduqları bildirilir. Qarşı tərəf avtomobilə minərək ərazidən uzaqlaşıb. Şəhərdə "Ələkeçirmə" planı elan edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qətl, iki və daha artıq şəxsi öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














