Maşından narkotik vasitə tapıldı – Füzulidə

Daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib. Polis əməkdaşları tərəfindən onların üzərlərinə və avtomobilə baxış keçirilib. Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, A.Əhmədova məxsus, sellofan torbada olan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan narkovasitənin 1 kiloqram 455 qram marixuana olması barədə rəy verilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Saxlanılan şəxslər maddi sübutla birgə istintaqa təhvil veriliblər.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












