Maşından oğurluq edildi - Qusarda

Qusar şəhər sakininə məxsus avtomobildən oğurluq edən şəxslər tutulub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qusar rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Ramazanov Abdulhüseyn İkram oğluna məxsus “Chevrolet” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Hüseynov Tural Hüseyn oğlunu və Quliyev Elməddin Rövşən oğlunu saxlayıblar. Hər iki şəxsin əlbir olaraq, A.Ramazanova məxsus maşının arxa şüşəsini sındırmaqla nişanlısı Yunusova Könül Namiq qızına məxsus bel çantasını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, 200 manatı və sonuncunun anasına məxsus əl çantasını və içərisindəki mobil telefonu, 300 manatı və 2 bankomat kartını oğurlayıb. Onlar hər iki şəxsə ümumilikdə 845 manat ziyan vurduğu müəyyənləşib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










