Maşından tapılan əlil uşaqdan YENİ XƏBƏR - VİDEO

Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib. Bunu Avtosfer.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib. Hadisə Xətai rayonu ərazisində yerləşən Gənclik parkında qeydə alınıb. Belə ki, valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Ərazidə olan vətəndaşlar polisə müraciət ediblər. “Vətəndaşların müraciəti əsasında polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüblər. Uşaq avtomobildən çıxarılıb və təhlükəsizliyi təmin etdikdən sonra valideynləri tapılaraq təhvil verilib. Valideynlər bildirib ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”, - A.Qafarov bildirib.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










