Maşından xeyli sayda qanunsuz gətirilən telefon müsadirə edilib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "BMV-520" markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karton qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.
Sonra Gürcüstan vətəndaşı E.İusubova məxsus torbalara Tövuz Gömrük İdarəsinin həyətində hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı torbaların birindən 48 ədəd "Nokia 3310" , 26 ədəd "Nokia 103" markalı, hər hansı aksesuarı olmayan mobil telefonlar, digər torbalardan isə 74 ədəd mobil telefon qutuları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












