Maşını piyadaların üstünə sürən terrorçu öldürüldü

Ötən gün Barselonada avtomobili piyadaların üzərinə sürən terrorçu Kambrils şəhərində polis tərəfindən məhv edilib. APA-nın xəbərinə görə, bu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib. Bundan əvvəl İspaniya KİV-ləri insanların üzərinə maşını sürənin Mərakeş əsilli Musa Ukabir olduğu barədə məlumat yayıb.
Ötən gün Barselonanın mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 14 nəfər ölüb, 130 nəfər yaralanıb. Polis Kambrils şəhərində 5 terrorçunu zərərsizləşdirib, 4 nəfər saxlanılıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












