Maşının "probeqini" çəkənlər CƏRİMƏLƏNƏ BİLƏR

Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornı Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə müraciət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, müraciətdə avtomobillərin yürüşünün geri çəkilməsinə qarşı cərimələrin tətbiq olunması üçün qanun layihəsi verilməsi xahiş olunur.
Müraciətdə deyilir: “Geri çəkilmiş yürüş təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Sahibi avtomobilin köhnəlməsini düzgün qiymətləndirmirsə, o, çoxsaylı qurbanlarla ölümcül qəzalar törətmək, təkcə özünün deyil, həm də ətrafındakıların həyatını təhlükə altına atmaq riski daşıyır. Axı, müəyyən komponentlərin və ehtiyat hissələrinin dəyişdirilməsi üzrə gündəlik işlərin çoxu birbaşa aşınma ilə əlaqələndirilir”.
O, həmçinin qeyd edib ki, müraciətinə səbəb əhalidən gələn çoxsaylı şikayətlər olub.
(lent.az)
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










