Maşının yuyulması üstündə düşən dava ölümlə nəticələndi - VİDEO

Küçədə avtomobilin yuyulması üstündə dava qətllə nəticələnib. Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 62 ünvanında baş verib. 52 yaşlı Məmmədov Yaşar Məmməd oğlu qonşuluğunda kirayədə yaşayan 3 gənclə mübahisə edib. Mübahisə o həddə çatıb ki, tərəflər əlbəyaxa dava ediblər. Əraziyə Nizami rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Mərhumun qardaşının sözlərinə görə, hadisə küçədə avtomobilin yuyulması üstündə baş verib.
Mərhumun qardaşı deyir ki, Ağcabədi rayonundan olan həmin 3 nəfər 4 ay imiş ki, Yaşar Məmmədovun qonşusunun evində kirayədə yaşayırmışlar.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














