Maşınında 1985,0 qram narkotik maddə aşkar edildi - Belarus vətəndaşı saxlanılıb

İran İslam Respublikasından gələn, Azərbaycan Respublikası ərazisindən tranzit gömrük proseduru altından keçməklə Belarus Respublikasına getmək istəyən Belarus vətəndaşının idarə etdiyi yük maşını saxlanılıb.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, yük sənədlərinə əsasən “mərmər” yükü aparan sürücü ilə şifahi sorğu-sualdan sonra nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan, daha sonra isə maşındakı yük fiziki baxışdan keçirilib.
Nəqliyyat vasitəsinin qoşqusunda olan mərmər yükünə baxış zamanı, mərmər plitələrin arasında, bir ədədinin içərisində xüsusi qaydada düzəldilmiş gizli saxlanc yerində, üzərində xüsusi möhürü, emblemi və nömrəsi göstərilmiş yastı-dördkünc formalı 3 ədəd bağlamada, xalis çəkisi 1985,0 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












