Maşınında "erməni bayrağı" olan sürücüdən açıqlama

Bakının mərkəzində üzərində Ermənistan bayrağının rəngləri olan etiket yapışdırılmış “Mercedes” markalı 10 UU 550 dövlət nömrə nişanlı avtomobil barədə məlumat vermişdik. Avtosfer.az saytının əməkdaşı avtomaşının sahibi Şahin Xanaliyevlə əlaqə saxlayıb. Sürücü bildirib ki, avtomobili 5 ildir alıb və həmin loqoya fikir verməyib: “Mən Azərbaycanlıyam. Xaricdə yaşayıram. Azərbaycanın da bayrağını hər zaman xaricdə ucaltmışam. Ölkəyə bu gün gəlmişəm və avtomobili qarajdan bu gün çıxartmışam. İndi kimsə çəkib bunu belə təqdim edib. Azərbaycanlının maşınında erməni bayrağının nə işi var? Mən heç o işarəyə fikir də verməmişəm. Ola bilsin rəng uyğunluğu olub. Elə bu gün loqodakı rəngi sildirdim. Nikkele qədər çıxdı. Hətta əgər bu da insanları narahat edirsə qoy heç olmasın.”
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi də açıqlama verib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Avtosfer.az- açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır: “Bu, Kolumbiyanın bayrağıdır. Tərsinə çevirəndə isə Ermənistan bayrağı olur. Məlumat aidiyyəti orqanlara ötürülüb. O, adi bir nişandır. Onun Ermənistana aidiyyəti yoxdur. Həmin şəxs avtomobili avtosalondan alıb, xaricdə yaşayır, Bakıya dünən gəlib. İşarənin üzərində üç təbii rəng var, o da Kolumbiyanın bayrağına aid olan bir rəngdir ”.
Orxan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












