Maşınından silah-sursat tapıldı - Mingəçevirdə

Mingəçevir polisi qanunsuz silah saxlayan şəxsi yaxalayıb. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında Yevlax rayon sakini Elmir Rzayevin avtomobilinə baxış keçirən polis yük yerindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd avtomat darağı və 34 ədəd 7,62 kalibrli güllə aşkar edərək götürüb.
Avtomobil sahibi istintaqa ifadəsi zamanı silahı təqribən 4 ay əvvəl balıq tutarkən Kür çayının sahilindən tapdığını deyib. Avtomatı polisə təhvil vermək istəsə də tutulacağından ehtiyat edərək bu fikrindən daşınıb. Mingəçevir şəhər polis şöbəsindən verilən məlumata görə silah istifadəyə tam yararlı vəziyyətdədir. "Hazırda həmin silahdan hər hansı cinayətdə istifadə olunub-olunmaması ilə əlaqədar olaraq tərəfimizdən ekspertiza təyin edilib, ekspertizanın rəyi müəyyən edildikdən sonra işə tam hərtərəfli obyektiv qiymət veriləcək", - deyə müstəntiq Elton Kərimov bildirib. Mingəçevir şəhər polis şöbəsindən bildirilib ki, hazırda barəsində cinayət işi açılan 29 yaşlı Elmir Rzayevin əvvəllər məhkumluğu olmayıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












