Maşınla qaçırıb 60 min manat tələb etdilər - Zaqatalada

Zaqatala rayonunda quldurluq etmiş şəxslər tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 3-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramiz Quliyev RPŞ-yə müraciət edərək həmin gün yaşadığı kəndin ərazisindən həmkəndliləri Kamil Həmzəyev, Elçin Zeynalov və Anar Məmmədov tərəfindən avtomobilə oturdularaq kəndin kənarına aparılmasını, orada onu bıçaqla hədələyib 60000 manat pul tələb edilməsini, vermədiyindən döyülməsini və ayağına bıçaqla xəsarət yetirilməsini bildirib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulub. Onun evinə baxış zamanı 608 qram marixuana, “İJ” markalı tüfəng və 42 ədəd patron aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Kamil Həmzəyev və Elçin Zeynalov da tutulublar.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












