Maşınla yola çıxanda bu yollardan istifadə edin - FOTO+VİDEO

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq "Azəravtoyol" ASC Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün gecə boyu və hazırda da qabaqlayıcı tədbirlər görür. Avtosfer.az-a ASC-nin Mətbuat Katibliyinə istinadən verdiyi xəbərə görə, qartəmizləyən və qumsəpən texnikalar nəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilir, qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edilir, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə işlər aparılır. ASC-nin balansında olan Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur, hazırda da yollarda vəziyyət normaldır: "Ancaq yenə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacların yaranmasına gətirib çıxarırlar və qar təmizləyən texnikaların da hərəkətinə maneçilik törədirlər. Bir daha hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür".
Fidan
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
















