Maşınlara və qadınlara hücum edən quldurlar peyda olub? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsi bəzi saytlarda soyğunçuluq hallarının atması və yeni quldur dəstələrinin yaranması barədə yayılan xəbərlərə münasibət bildirib. İdarədən Avtosfer.az-a bildirilib ki, son günlərdə bəzi internet-qəzetlərdə Bakıda yeni quldur dəstəsinin peyda olması, gecələr küçələrdə park edilmiş maşınlara, toydan çıxan qadınlara hücum etməsi, quldurluq və soyğunçuluq hadisələri törətməsi barədə təsdiq olunmamış, cəmiyyətdə əsassız panika yaratmağa yönəlmiş məlumatlar yayılıb: "Bildiririk ki, əvvəla, bunlar ayrı-ayrı epizodlarda baş verən və ayrı-ayrı adamlar tərəfindən törədilən quldurluq və soyğunçuluq hadisələridir. Bu istiqamətdə daxil olmuş şikayətlər əsasında konkret hadisələrlə bağlı cinayət işləri qaldırılıb və əksəriyyəti isti izlərlə açılıb, şübhəli şəxslər məsuliyyətə cəlb olunub. Hazırda əməliyyat-istintaq işləri davam etdirilir.
Bakı Şəhər baş Polis İdarəsi bu cür yoxlanılmamış məlumatların cəmiyyətdə əsassız çaşqınlıq yaratmağa xidmət etdiyini və əldə olunmuş məlumatların yayımdan əvvəl bir neçə mənbədə yoxlanılmasının vacibliyini bir daha xatırladır.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












