Maşınlardan güzgüləri oğurlayıb “su qiymətinə” satırdı...

Noyabrın 4-də Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib. Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülmüş tədbirlərlə o, saxlanılıb. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen” markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib.
Saxlanılan şəxs oğurladığı həmin güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib.
Faktla əlaqədar cinayət işi başlanılıb. E.İsmayılovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













