Maşınların hərəkəti tamamilə dayandırıldı - Dağ kurortuna gedən yolda

Bu gün İsveçrənin dağ kurortu Davosda öz işinə başlayacaq Dünya İqtisadi Forumunun bir çox iştirakçıları dağlarda baş verən yol insidenti səbəbindən öz otellərinə qayıda bilməyiblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, bir-birindən 12 km. aralıda yerləşən Davos və Klosters kurortları arasındakı dağ yolu tamamilə bağlanıb. Forum iştirakçılarının əksər hissəsi Klostersdə qalır və forumun keçirildiyi Davosa xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə gəlirlər.
Hadisə şahidlərinin sözlərinə görə, gecə dağ yolunda yüzə yaxın mikroavtobus və digər avtomobillərin iştirakı ilə böyük tıxac yaranıb, yolda hərəkət tamamilə dayandırılıb. Polis yalnız "təcili yardım" maşınlarını buraxır. İnsidentə nəyin səbəb olduğu hələ ki, məlum deyil.
Bu il foruma rekord sayda – dünyanın 70 ölkəsindən 3 minə yaxın iştirakçı qatılacaq. Onların arasında 30 dövlət başçısı, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Böyük Britaniyanın baş naziri Tereza Mey də var.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












