Maşınların süpürgəçi qadınları vurmasında günahkar kimdir? - VİDEO

Müxtəlif vaxtlarda paytaxt yollarında süpürgəçi qadınları avtomobil vurması ilə bağlı xəbərlər eşidirik və bu məsələ gündəmə gəlsə də, bir neçə gün sonra unudulur.
Baku TV yeni bir hadisə qeydə alınmamış məsələni yenidən gündəmə gətirərək belə halların başvermə səbəblərini araşdırmağa çalışıb.
Avtomobil yollarını təmizləyən süpürgəçilər deyirlər ki, işləri nə qədər təhlükəli olsa da, buna öyrəşiblər. Onlar qəzaların baş verməsinə süpürgəçilərin ehtiyatsız davranmasının da səbəb olduğunu bildirsələr də, adətən təqsirin sürücülərdə olduğunu söyləyiblər.
"Maşın bəzən adamın üstünə gəlir. Təhlükəyə öyrəşmişik. Bu işə görə nə qədər əməkhaqqı versələr də, qane etmir", - deyə süpürgəçilər narazılıqlarını ifadə ediblər.
"Süpürgəçilərin vurulmasında günahkar adətən sürücülər olurlar. Yuxulu olduqları üçün diqqətsizlik edirlər. Ehtiyatlı olmaq lazımdır", - deyə sürücü mövzuya münasibət bildirərkən söyləyib.
Daha ətraflı süjetdə:
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ










